

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin (ATM) rüblük mətbu orqanı olan “Xəzər” dünya ədəbiyyatı jurnalının növbəti nömrəsi işıq üzü görüb.
ATM-dan Kanal24-ə bildirilib ki, nəşrin bu nömrəsi Mayakovski və Marina Svetayevanın dilimizə tərcümə edilmiş şeirləri ilə açılır.
Jurnalda Zakir Fəxrinin tərcüməsində Ceyms Raytın poeziyasından nümunələr, Afaq Məsudun tərcüməsində isə İbn Ərəbinin “Məkkə açıqlamaları” əsəri təqdim olunur.
Jurnalın bu nömrəsində “Nobel kürsüsü”, “Buker mükafatları laureatları”, “Servantes mükafatı laureatları”, “Türk qardaşlarımız” və digər rubrikalarda tanınmış ədiblərin dilimizə tərcümə olunmuş əsərləri yer alıb.