isaznow.com
Az Iw En Ru

"Boko Haram" yaraqlılarının hücumu

"Boko Haram" qruplaşmasının yaraqlıları Kamerunda kəndə hücum ediblər, nəticədə ən azı 30 nəfər həlak olub.

Yaraqlılar Nigeriya ilə sərhəddən bir neçə kilometrliyində Kamerunun şimalındakı Mbalyuel (Mbaljuel) kəndinə hücum ediblər. RİA Novosti agentliyi bu barədə məlumat verir.

DPA agentliyinin hakimiyyət nümayəndəsi Miyavu Bikariyə (Mijiyawa Bakary) istinadən verdiyi məlumata görə, hücumun qurbanları dinc əhali olub.

"Biz hələlik bütün məlumatlara malik deyilik, lakin diviziya zabitləri və güc strukturlarının nümayəndələri bizi məlumatlandırırlar", - Bikari agentliyinə bildirib.


03:00 29.12.2014