isaznow.com
Az Iw En Ru

Xorvatiya prezident seçkilərinin ikinci turuna hazırlaşır

Xorvatiyanın dövlət başçısı yanvarın 11-də keçiriləcək prezident seçkilərinin ikinci turunda məlum olacaq.

Buna səbəb namizədlərin heç birinin dekabrın 28-də keçirilən prezident seçkilərində qələbə üçün lazım olan 50 faiz üstəgəl bir səsini toplaya bilməməsidir. Xorvatiyanın Mərkəzi Seçki Komissiyasının 99,87 seçki məntəqəsindən aldığı məlumata əsasən, hazırkı prezident İvo Yosipoviç seçicilərin 38,49 faizini, onun əsas rəqibi Kolinda Qrabar-Kitaroviç isə 37,18 faiz səs toplayıb. Qalan iki namizəd İvan Sinçiç və Milan Kuyundjiç isə seçicilərin 16,49 və 6,29 faiz səsini qazanıblar./AzerTac/


17:00 29.12.2014