

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev O.S. Əsədovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Kanal24.az AzərTAc-a istinadən bildirir ki, sənəddə deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının ictimai-siyasi həyatında böyük xidmətlərinə görə Oqtay Sabir oğlu Əsədov “Şərəf” ordeni ilə təltif edilsin".