isaznow.com
Az Iw En Ru

Dilqəm Əsgərov və Şahbaz Quliyevə "hökm" oxundu

Ermənilərin Kəlbəcərdə girov götürdükləri Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə Ermənistan mətbuatı xəbər yayıb.

Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində keçirilən qanunsuz “məhkəmə” bu gün başa çatıb.

Separatçı rejimin “birinci instansiya məhkəməsi” dekabrın 19-da keçirilən prosesdə “prokuror” Karen Qabrielyanın tələb etdiyi cəzaları təmin edib.


02:09 30.12.2014