isaznow.com
Az Iw En Ru

Gürcüstan Maliyyə Nazirliyi: 2014-cü il üçün vergi daxilolmaları planı artıq yerinə yetirilib

İndiyədək büdcəyə vergi daxilolmaları artıq 45 milyon lari təşkil edib.

Gürcüstan Maliyyə Nazirliyinin məlumatına görə, vergi daxilolmaları planı artıqlaması ilə icra olunub.

"Dekabrın 29-na olan vəziyyətə görə, illik plan (6 milyard 820 milyon) 20 milyon lari artıqlaması ilə yerinə yetirilib (1 dollar = 1,86 lari). Bu gün isə büdcəyə vergi daxilolmaları üzrə plan da 100 faiz yerinə yetirilib", - Maliyyə Nazirliyi xəbər verir.


08:30 30.12.2014