

Kanal24.az xəbər verir ki, dekabrın 27-də Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə “Vətənimiz Azərbaycandır” adlı elmi-praktik konfrans keçirib.
Konfransda dövlət himni səsləndirilib.
Daha sonra partiyanın icraçı katibi Mehriban Sadıqova çıxış edərək həmrəylik gününün yaranma tarixindən söz açıb.
Vətəndə və vətəndən kənarda yaşayan Azərbaycanlıları həmrəylik günü və yeni il münasibətiylə təbrik edən DADP sədri Fatma Əliyeva çıxışında ölkə prezidenti İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti dəstəklədiyini bəyan edib.
Konfransda tanınmış aktyor Midhəd Abbasov çıxış edərək həmrəylik gününün yaranmasında ulu öndər Heydər Əliyevin xidmətlərindən danışıb. Və ümummilli liderə həsr olunan şeri səsləndirib.
M.Abbasov İctimai Rəy Araşdırmalar Mərkəzinin 2014-cü ildə keçirdiyi sorğunun nəticələrinə əsasən DADP sədri Fatma Əliyevaya ilin siyasi xadimi nominasiyasını təqdim edib.
Konfransda çıxış edən şəxslər DADP-nin dövlət qarşısında göstərdiyi xidmətləri yüksək dəyərləndiriblər.
Sonda partiya üzvlərinə fəxri fərmanlar təqdim olunub.
DADP nominasiyaya layiq görüldü adlı xəbəri bu linkdən oxuyun!
http://kanal24.az/?m=xeber&id=2542