isaznow.com
Az Iw En Ru

İlham Əliyev Raul Kastro Rusu təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Raul Kastro Rusa təbrik məktub ünvanlayıb.

Təbrikdə deyilir: " Kuba Respublikasının milli bayramı – Azadlıq günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kuba xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".


06:33 01.01.2015