isaznow.com
Az Iw En Ru

Azərbaycanlı iş adamı Nyu-Yorkda Dünya Azərbaycanlılarının Həmrəylik Günündə - FOTO

Hacı Quliyev: “Bugünkü Azərbaycanımız hamımızın fərəh və fəxr məkanına çevrilməsinə çox sevinirəm”

 

Nyu-Yorkda yaşayan azərbaycanlılar 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günündə bir yerə yığışıblar.

Kanal24.az-ın məlumatına görə, mədəniyyətimiz, mətbəximiz təmsil olunan tədbirdə qonaq qismində azərbaycanlı iş adamı, “Excellent” şirkətinin direktoru Hacı Quliyev də iştirak edib. H.Quliyev tədbirdə çıxış edərək, bu günün hər bir azərbaycanlı üçün çox əlamətdar bir gün olduğunu qeyd edib: “Bugünkü Azərbaycanımız hamımızın fərəh və fəxr məkanına çevrilməsinə çox sevinirəm. Azərbaycan Vətənimizdir! Dahi Heydər Əliyevin kəlamını səsləndirməklə hər bir azərbaycanlıya şamil edərək deyirəm: “Biz hamımız fəxr edirik ki, biz azərbaycanlıyıq!””.

İş adamının çıxışı ABŞ-da yaşayan azərbaycanlıların alqışlarıyla qarşılanıb. Tədbirdə Azərbaycanın Nyu-Yorkdakı konsulu, Rusiya Federasiyasının Dumasının əməkdaşı, ABŞ-ın “1 Canal” telekanalının eksperti Ramin Qasımov, o cümlədən, bir sıra iş və siyasət nümayəndələri iştirak edib.


20:11 01.01.2015