isaznow.com
Az Iw En Ru

Bakıda yanğın nəticəsində 1 azyaşlı uşaq yanıb

Bakıda yanğın nəticəsində 1 azyaşlı uşaq yanıb.

Kanal24.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.

Yanğın zamanı evdə 1 azyaşlı uşaq yanıq xəsarəti alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


00:34 02.01.2015