isaznow.com
Az Iw En Ru

Azərbaycan yığmasının heyəti açıqlanıb

Yanvarın 3-dən 11-dək Sankt-Peterburqda 1997-ci il təvəllüdlü futbolçulardan ibarət yığma komandalar arasında FIFA-nın birinci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnir keçiriləcək.

AFFA-dan Kanal24-ə bildiriblər ki, turnirdə iştirak edəcək müvafiq yaş qrupuna aid Azərbaycan yığmasının heyəti açıqlanıb. Heyətdə Ağaseyid Qasımov (Qarabağ), Mahir Mədətov, Renat Ağaverdiyev, Umar Akmurzayev (Bakı), Bəhlul Mustafazadə, Yusif Nəbiyev, Emin Zamanov, Roman Hüseynov, Ayxan Əsədov (Qələbə), Elnur Cəfərov (Xəzər Lənkəran), Əlibəy Məmmədli (Rəvan), Fərid Kərimzadə (Sumqayıt), Sertan Taşqın, İlkin Sadiqov (İnter), Elməddin Məmmədov, Elvin Sərkarov (Neftçi), Elgün Uluxanov (MOİK (Rusiya)), Tolqa Şahin (1FC Kayzerslautern (Almaniya)), Sefa İscan (Rot Weiss Ahlen (Almaniya), Şaxban Cəbrailov (Dağıstan olimpiya ehtiyatları liseyi “İnisial”) yer alıblar.



18:48 02.01.2015