isaznow.com
Az Iw En Ru

28 Mall ticarət mərkəzində yanğın baş verib, xəsarət alan yoxdur

Cümə günü 28 Mall ticarət mərkəzində yanğın baş verib.

Hadisə yerinə 5 yanğın maşını gəlib.

Yanğın binanın tavanında baş tutub, və hal-hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürüblər.

Hadisə yerində təcili tibbi yardım maşını var.

Yanğınsöndürənlərin verdiyi məlumata əsasən, yanğın 4-cü mərtəbədə yerləşən restoranların birində, tüstü bacasında baş verib.

Xəsarət alan yoxdur.


05:18 03.01.2015