Fəlsəfə doktoru Faiq Qəzənfəroğlu Kanal24-ün suallarını cavablandıraraq təhsil və elm sahəsində ciddi islahatlar aparılmalı olduğunu deyib:
“Müəllimlərin maaşı bazar iqtisadiyyatına uygunlaşdırılmalı, ibdidai sinif müəllimləri attestasiyadan keçirilməli, tarix dərsliklərinin hər il yenilənməsinə son qoyulmalıdır. AXC dövrü tarix dərsliklərində daha geniş şəkildə tədris olunmalıdır.Həmçinin elm haqqında təcili qərar qəbul olunmalı, alimlərin ələ salınmasına son verilməlidir. Təsadüfi adamları elmə gətirənlər məsuliyyətə cəlb olunmalı və Elmin İnkişaf Fondu elmə xidmət etməli olduğu halda kimlərinsə maraqlarını güdməməlidir”.
F. Qəzənfəroğlu elm sahəsində olduğu kimi səhiyyədə də ciddi islahatlar aparılmasının labüdlüyünü vurğulayıb: “Maaşlar bazar iqtisadiyyatına uygunlaşdırılmalı, apteklerin sayının artmasına, dərman ölümünə son verilməlidir. Tibbi yalnız bilikli tələbələrin bitirməsi ciddiyə alınmalıdır. Bununla yanaşı insanların səhhəti üçün təhlükə yaradan, mənşəyi bəlli olmayan ərzaqların gətirilməsi tənzimlənməli,. Bir sözlə ərzaq təhlükəsizliyi gücləndirilməlidir”.
Yerli telekanallarla bağlı ciddi ölçülər götürülməli olduğunu qeyd edən Faiq Qəzənfəroğlu xalqın mənəviyyatını aşağılayan verlişilərin yayınlanmasının qadağan olunmasını da zəruri sayır: ” Düşünürəm ki, azad və müstəqil telekanalların fəaliyyət göstərməsinə üstünlük verilməlidir. Bütün təbəqədən olan insanların fikirlərin cəmiyyətə çatdırılması üçün şərait yaradılmalıdır”.
06:00 03.01.2015