isaznow.com
Az Iw En Ru

Süməyyə Ərdoğan parlament seçkilərində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Süməyyə Ərdoğan parlament seçkilərində iştirak edə bilər.

 "Milliyyət" qəzetinin verdiyi məlumata görə, bunu hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Süleyman Soylu deyib.

Onun sözlərinə görə, S.Ərdoğanın böyük siyasi təcrübəsi var: "Onun parlament seçkilərində iştirak etməsi pis olmazdı".

Qeyd edək ki, Türkiyədə parlament seçkiləri bu il iyunun 14-də keçiriləcək.


19:21 03.01.2015