

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Kanal24-ə bildiriblər ki, yanvar ayının 5-dən 9-dək Almaniyanın Oberammerqau şəhərində NATO Qərargah zabitləri üçün tanışlıq kursu keçiriləcək.
Tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.