

Kanal24.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda “28 MALL” ticarət mərkəzinin 4-cü mərtəbəsində vətəndaş tərəfindən icarəyə götürülən kafenin mətbəxinin dam örtüyündə quraşdırlıan ventilyasiya qurğusu və 6 p.m izolyasiyası yanıb.
Yanğından inzibati bina və soyuducu kamerası mühafizə olunub.
Yanğın saat 20:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.