isaznow.com
Az Iw En Ru

2014-cü ildə Mərkəzi Bank faiz dərəcələri dəhlizi parametrlərinə 2 dəfə dəyişiklik edib

Ötən il Mərkəzi Bank iqtisadi artımın daxili və xarici amillərini, iqtisadi tsikldəki meylləri nəzərə alaraq pul siyasətini yumşaldıb.

Qeyri-neft sektorunda investisiya fəallığının artmasına və faiz dərəcələrinin enməsinə şərait yaratmaq üçün Mərkəzi Bank faiz dərəcələri dəhlizi parametrlərinə 2 dəfə dəyişiklik edib. Nəticədə uçot dərəcəsi mərhələlərlə 4.75 faizdən 3.5 faizə endirilib.

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında bankların xarici və daxili öhdəlikləri üzrə məcburi ehtiyat normalarının 3 faizdən 2 faizə endirildiyi qeyd edilir.

Eyni zamanda, on bir ayda manatla pul kütləsi tələbə uyğun olaraq 6.6 faiz artıb. Qeyri-nağd pul kütləsinin artımı isə nağd pul kütləsinin artımını 22 faiz bəndi üstələyib.



20:14 03.01.2015