Dünya bazarlarında neft ucuzlaşmaqda davam edir.
Kanal24.az xəbər verir ki, “APA-Economics”in məlumatına görə, bu axşam London birjasında Brent markalı neftin 1 barelinin dəyəri 1,78 % ucuzlaşaraq 56,31 dollar olub.
Nyu-York birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1,09% ucuzlaşaraq 1 barelə görə 52,69 dollar təşkil edib.
07:56 04.01.2015