isaznow.com
Az Iw En Ru

Səudiyyə Ərəbistanı 25 il sonra İraqda səfirlik açır

Səudiyyə Ərəbistanı 25 il sonra İraqda səfirlik açır. Musavat.com xəbər verir ki, məlumatı “France Presse” agentliyi yayıb.
 
Yanvarın 3-də Ər-Riyad bəyan edib ki, Bağdada səfirlik və Ərbildəki konsulluğun binasının seçilməsi və təminatı üçün nümayəndə heyəti göndərilib. 
 
Səudiyyə Ərəbistanı və İraq arasında diplomatik əlaqələr 1990-cı ildə dayandırılıb. 2004-cü ildə Səddam Hüseyn rejimi devrildikdən sonra əlaqələrin bərpasına başlanılıb. 

09:10 04.01.2015