

Demokratik Azərbaycan Dünyası Partiyası “İlin ən yaxşı siyasi təşkilatı” nominasiyasına layiq görülüb
“İctimai Araşdırmalar Mərkəzi” 2014-cü ilin yekunu ilə əlaqədar rəy sorğusu aparıb. Müxtəlif nominasiyalar üzrə respodentlərə paylanılan 266 anketdən 33-ü qaytarılmayıb. 11 nəfər isə səsvermədə iştirakdan imtina edib. Sorğuda iştirak edənlərin 21 faizi iş adamı, 29 faizi tələbə, 19 faizi məmur, 55 faizi kişi, 45 faizi qadın, 66 faizi siyasi partiya üzvü, 33 faizi natamam ali, 69 faizi isə ali təhsillidir.
Rəy sorğusunun yekununa görə “İlin ən yaxşı siyasi təşkilatı” nominasiyasına Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) (sədəri Fatma xanım Əliyeva) layiq görülüb. Demokratik Azərbaycan Dünyası Partiyas ölkəmizin həyatında ictimai-siyasi hadisələrdə fəal iştirakına, partiyanın sədri Fatma xanım Əliyevanın Avropa mətbuatında Azərbaycan həqiqətlərinin təbliğinə, ikili standart nümayiş etdirən bir sıra beynəlxaq təşkilatları kəskin tənqid etdiyinə və cəsarətli çıxışlarına görə nominasiyaya layiq görülüb.