isaznow.com
Az Iw En Ru

"Yeni Yurd" üzvləri ilə Türkiyədən gələn qonaqlar arasında görüş keçirilib

Kanal24.az xəbər verir ki, "Yeni Yurd" Sosial İnkişaf İctimai Birliyinin dəvəti ilə Türkiyədən Azərbaycana gələn nümayəndə heyyəti təşkilatın inzibati binasında "Yeni Yurd" üzvləri ilə görüşüblər. 

Dəyirmi masa arxasında keçən söhbət zamanı Türkiyə və Azərbaycan əlaqələrinin uğurlu inkişafından söz açılıb. 

"Yeni Yurd" Sosial İnkişaf İctima Birliyinin sədri Mahirə Əsədova qonaqları salamlayaraq onları görməkdən məmnun olduğunu ifadə edib.

Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı Yücel Artantaş Mahirə xanımın fəaliyyətinin iki ölkə arasında mövcud olan mədəni əlaqələrin möhkəmləndirilməsinə mühüm töhfə verdiyini diqqətə çatdırıb.


23:36 04.01.2015