isaznow.com
Az Iw En Ru

Pərakəndə əmtəə dövriyyəsinin həcmi 9,5 faiz artıb

2014-cü ilin yanvar-noyabr aylarında pərakəndə əmtəə dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz artaraq 19,2 milyard manata bərabər olub.

Dövlət Statistika Komitəsindən AzərTAc-a bildiriblər ki, istehlak mallarının 99,8 faizi özəl təsərrüfat subyektlərində, o cümlədən 11,7 faizi hüquqi şəxs statuslu özəl müəssisələrdə, 51,4 faizi fərdi sahibkarlara məxsus ticarət subyektlərində, 36,7 faizi əmtəə bazarlarında satılıb. Özəl bölmə üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi ötən ilin eyni dövrünün səviyyəsini 9,5 faiz üstələyib, bu bölmə üzrə real artımın 66,4 faizi fərdi sahibkarların ticarət fəaliyyəti sayəsində yaranıb.



09:13 05.01.2015