isaznow.com
Az Iw En Ru

Azərbaycan yığması beynəlxalq turnirdə ikinci qələbəsini qazanıb

Azərbaycanın 1997-ci il təvəllüdlü futbolçulardan ibarət yığma komandası FIFA-nın birinci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII beynəlxalq turnirdə ikinci oyununu keçirib.

AFFA-dan Kanal24.az-a bildiriblər ki, “Rusiya-2” komandası ilə qarşılaşan yığmamız 4:2 hesabı ilə qələbə qazanıb. Futbolçularımızdan İlkin Sadıqov dubl edib. Elnur Cəfərov və Mahir Mədətov isə hərəyə bir dəfə fərqləniblər.

İlk oyununu Yaponiya yığmasına qarşı keçirən millimiz 1:0 hesabı ilə qələbə qazanmışdılar.

Beləliklə, yığmamız qrup mərhələsini birinci yerdə başa vurub.



19:15 05.01.2015