

2014-cü ilin yanvar-dekabr aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 3,74 faiz azalaraq 8,158 milyard manat təşkil edib. Bu barədə Kanal24 BFB-in saytında yerləşdirilən məlumata istinadən xəbər verir.
Hesabat dövründə dövlət qiymətli kağızlar bazarı 4,156 milyard manat (41,35 faiz azalma) təşkil edib. Korporativ qiymətli kağızlar bazarının dövriyyəsi isə 4,001 milyard manat (2,9 dəfə artım) olub.
Korporativ qiymətli kağızlar üzrə BFB-də keçirilmiş hərracların müqayisəli cədvəli (2014-cü ilin yanvar-dekabr ayları):
Bazarın seqmentləri |
31.12.2014 |
30.12.2013 |
Faiz nisbəti |
||
Əqdlərin həcmi, AZN |
Əqdlərin sayı |
Əqdlərin həcmi, AZN |
Əqdlərin sayı |
||
Dİ (AR MN) - (yerləşdirmə) |
80 311 321,02 |
31 |
98 048 951,72 |
51 |
81,91% |
Dİ (AR MN) - (təkrar bazar) |
27 597 328,09 |
17 |
36 556 828,09 |
14 |
75,49% |
Notlar (AR MB) - (yerləşdirmə) |
158 054 771,87 |
47 |
299 828 637,61 |
105 |
52,72% |
Notlar (AR MB) - (təkrar bazar)) |
349 810 288,32 |
29 |
43 955 612,02 |
4 |
795,83% |
Repo əməliyyatları |
3 540 809 139,72 |
297 |
6 609 110 630,25 |
583 |
53,57% |
DQK bazarı cəmi |
4 156 582 849,02 |
421 |
7 087 500 660 |
757 |
58,65% |
Korporativ istiqrazlar - (yerləşdirmə) |
2 165 184 851,94 |
100 |
152 791 623,42 |
96 |
1417,08% |
Korporativ istiqrazlar - (təkrar bazar) |
807 627 156,32 |
299 |
790 966 126,89 |
229 |
102,11% |
Səhmlər - (yerləşdirmə) |
1 009 478 762,63 |
655 |
423 163 180,89 |
349 |
238,56% |
Səhmlər - (təkrar bazar) |
19 607 054,01 |
4 802 |
21 440 318,04 |
3 505 |
91,45% |
KQK bazarı cəmi |
4 001 897 824,90 |
5 856 |
1 388 361 249,24 |
4 179 |
288,25% |
Cəmi: |
8 158 480 673,92 |
6 277 |
8 475 861 908,93 |
4 936 |
96,26% |
İxtisarlar:
Dİ - dövlət istiqrazları
AR MN - Azərbaycan Respublikası Maliyyə Nazirliyi
AR MB - Azərbaycan Respublikasının Mərkəzi Bankı
DQK - Dövlət qiymətli kağızları
KQK- Korporativ qiymətli kağızları