

Yeni ildən Kitab Klubunda “Dünya Ədəbiyyatı Kitabxanası” seriyasından nəşr olunan növbəti 25 kitab pərakəndə satışa çıxarılıb.
Hər kitabın həcmindən, səhifə sayından asılı olaraq qiyməti 10-12 manat müəyyən olunub.
Kitab Klubundan Kanal24.az-a bildirilib ki, artıq pərakəndə satışda ölkə Prezidentinin Sərəncamı ilə çıxan 150 adda “Dünya Ədəbiyyatı Kitabxanası” seriyasından nəşr edilən kitabların sayı 85-ə çatdırılıb.
Kitabların satışı ilə Kitab Klubu birbaşa məşğul olur.