isaznow.com
Az Iw En Ru

Sabirabadda “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb

Yeni ilin ilk iş günündən - yanvarın 5-dən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Sabirabad “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Kanal24.az-a bildiriblər ki, Sabirabad “ASAN xidmət” mərkəzi Şirvan şəhərində, Sabirabad, Saatlı, İmişli, Kürdəmir, Hacıqabul, Salyan, Beyləqan rayonlarında qeydiyyatda olan və ümumi sayı 900 minə yaxın vətəndaşa xidmət göstərir.

Hazırda ölkə üzrə 7 “ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 4-ü paytaxt Bakıda, digər 3-ü isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə və Sabirabad şəhərlərində yerləşir.

“ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə əlaqədar məlumatı 108 “Çağrı” mərkəzinə zəng etməklə əldə etmək olar.



21:43 05.01.2015