

Azərbaycanın Xalq artisti, aktyor Ramiz Əzizbəyli yaxın günlərdə əməliyyat olunacaq.
Bu barədə AzVision.az.-a aktyorun özü məlumat verib. Xalq artisti əməliyyat xərclərinin dövlət tərəfindən ödəniləcəyini də qeyd edib: “Hazırda özümü yaxşı hiss edirəm. Səhhətimdə elə problem yoxdur. Amma əməliyyat olunmalıyam. İndi də əməliyyata hazırlaşıram. Dövlət əməliyyat xərclərimi qarşılayacaq. İnşallah əməliyyat olunmaram”,- deyərək Xalq artisti fikrini yekunlaşdırıb.
Qeyd edək ki, R.Əzizbəyli fevralın 21-də yaşadığı binanın qarşısında keçirdiyi avtomobil qəzasından sonra beyin insultu diaqnozu ilə Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasına yerləşdirilmişdi. Daha sonra müalicəsini Mərkəzi Gömrük Hospitalında davam etdirirdi. Bir neçə müddətdən sonra aktyor evə buraxılıb.