isaznow.com
Az Iw En Ru

"Qarabağ" "Sürix"lə qarşılaşacaq

"Qarabağ"ın rəqibləri dəqiqləşib.

Kanal24.az klubun saytına istinadən məlumat verir ki, Premyer Liqanın qış fasiləsinə lider kimi yollanan "Qarabağ" hazırlıqlara hər zaman olduğu kimi Antalyada başlayacaq. Ağdam təmsilçisi yanvarın 10-da yığışacaq və təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq.

Fevralın 1-dək Antalyanın Belek bölgəsində məskunlaşacaq "Qarabağ" bu müddətdə 6 yoxlama oyunu keçirməyi planlaşdırır.

"Qarabağ"ın yoxlama oyunlarının proqramı belədir:

17 yanvar – Split (Xorvatiya)
21 yanvar – Sürix (İsveçrə)
24 yanvar – Levski (Bolqarıstan)
27 yanvar – Legiya (Polşa)
29 yanvar – Mordoviya (Rusiya)
31 yanvar – Tarqu Mureş (Ruminiya)


01:07 06.01.2015