isaznow.com
Az Iw En Ru

Rəcəb Tayyib Ərdoğan Süleyman Dəmirəli ziyarət edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkənin doqquzuncu dövlət başçısı Süleyman Dəmirəli yaşadığı evdə ziyarət edib.

Türkiyə Prezidentinin rəsmi saytında yayılan məlumata görə, qardaşı Hacı Əli Dəmirəlin vəfatı ilə əlaqədar başsağlığı verən Rəcəb Tayyib Ərdoğan Süleyman Dəmirəlin diqqətinə çatdırıb ki, həmişə onun sağlamlığı ilə maraqlanır.

Süleyman Dəmirəl ziyarətə görə Türkiyə Prezidentinə minnətdarlığını bildirib.


16:39 06.01.2015