isaznow.com
Az Iw En Ru

“Bakı Ağ Şəhər”in yaşayış komplekslərinin bəzilərində inşaat işləri yekunlaşır

“Bakı Ağ Şəhər” layihəsinə daxil olan Yaşıl Ada rayonunun yaşayış komplekslərinin bəzilərində tikinti işləri artıq başa çatmaq üzrədir.

Kanal24.az xəbər verir ki, bu barədə AzərTAc-a “Bakı Ağ Şəhər”in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Paris üslubunda inşa olunan yeddi mərtəbəli binalardan ibarət kompleks yaxın zamanlarda ilk sakinlərini qəbul edəcək.

Ümumi sahəsi 24 hektar olan Park rayonunda da tikintiyə başlanılıb. Burada 20 mərtəbəli hündür yaşayış binaları inşa edilir. Sahənin relyefinə uyğun olaraq amfiteatr üslubunda olan Park rayonundan Dənizkənarı bulvara və Bayraq Meydanına gözəl mənzərə açılır.



17:41 06.01.2015