Qərbi Afrikada “Ebola” virusundan ölənlərin sayı 8 153 nəfəri ötüb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) növbəti açıqlamasında bildirilib.
Ölüm hallarının əksəriyyəti Qərbi Afrikanın üç ölkəsində - Liberiya, Sierra-Leone və Qvineyada qeydə alınıb. Həmçinin, Nigeriyada 8, Malidə - 7, ABŞ-da isə 1 nəfər Ebolanın qurbanı olub./atvxeber/
16:50 06.01.2015