

Yanvarın 6-da Türkiyənin 15 vilayətindəki şəhərlərdə dərslər dayandırılıb. Bu barədə çərşənbə axşamı Türkiyənin "Milliyyət" qəzeti xəbər yayıb.
Məktəblərdə dərslərin dayandırılmasına güclü qar və şiddətli şaxtalar səbəb olub.
Bundan əvvəl Türkiyənin qərbində yerləşən Kutahya vilayətində məktəblərin bağlanması barədə məlumat verilmişdi.