

Prezident İlham Əliyev baş nazirin müavininin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Kanal24.az xəbər verir ki, Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Abid Qoca oğlu Şərifov “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, bu gün A. Şərifovun 75 yaşı tamam olur. O, 1995-cü ilin noyabr ayından Azərbaycan Respublikası Baş nazirinin müavinidir.