isaznow.com
Az Iw En Ru

Fabreqas və Messi bir klubda oynaya bilərlər

İngiltərənin "Çelsi" futbol klubu güman edir ki, yarımmüdafiəçi Sesk Fabreqas "Barselona"nın forvardı Lionel Messini London klubuna keçməyə inandıra biləcək.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, argentinalı hücumçu və "Barselona" klubunun baş məşqçisi Luis Enrike arasında narazılıq yaranıb. Buna görə də L.Messi "Çelsi"nin transfer təklifini qəbul edə bilər.

Qeyd edək ki, S.Fabreqas daha əvvəl "Barselona"da oynayıb və indiyədək L.Messi ilə dostluq edir.


23:12 06.01.2015