isaznow.com
Az Iw En Ru

Anar Yusifoğluna vəzifə verildi

Tanınmış telejurnalist Anar Yusifoğlu İctimai Televiziyada yeni vəzifəyə təyin olunub.

 

Bu barədə axar.az-a İTV-dəki mənbə xəbər verib. Mənbənin sözlərinə görə, Anar Yusifoğlu İTV-də əvvəlki işini icra edəcək. Belə ki, İctimai Televiziyanın İnformasiya və ictimai-siyasi proqramlar departamentinin direktor müavini olaraq yenidən analitik proqramlara rəhbərlik edəcək. Bu təyinatdan sonra Anar Yusifoğlu “Aktual.az” saytının baş redaktoru vəzifəsindən istefa verib.

 

Qeyd edək ki, İTV-nin İnformasiya və ictimai-siyasi proqramlar departamentinin direktoru vəzifəsi 2013-cü ildən boşdur.

 

Anar Yusifoğlu İctimai televiziya yaranan gündən - 2005-ci ildən 2013-cü ilin sentyabr ayına qədər İctimai Televiziyada Analitik proqramlar departamentinin rəhbəri olub. 2013-cü ildə yeni baş direktor seçiləndən sonra öz ərizəsi ilə tutdugu vəzifədən azad edilib.

 

O, İctimai TV-dəki fəaliyyətinədək ANS, “525-ci qəzet”, “Sara” Teleradio Şirkəti, “Qanun” jurnalında çalışıb.


23:50 06.01.2015