isaznow.com
Az Iw En Ru

Ərdoğan Aİ-nin səmimiliyinə şübhə edir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Avropa İttifaqına (Aİ) inteqrasiyası məsələsində Aİ-nin səmimiliyinə şübhə edir.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata əsasən, Prezident deyib ki, Aİ Türkiyəyə münasibətdə siyasətinə yenidən baxmalıdır.

Onun sözlərinə görə, Aİ problemlərini həll etmək əvəzinə Türkiyəyə ağıl verməyə çalışır: "Avropada müsəlmanlara qarşı irqçilik və diskriminasiyanın səviyyəsi artır".


02:32 07.01.2015