isaznow.com
Az Iw En Ru

Fransua Ollandın sevgi macərası ekranlaşdırılır

Fransa Prezidenti Fransua Ollandın sabiq həyat yoldaşı Valeri Trierveylerin "Bu an üçün təşəkkürlər" ("Merci pour ce moment") adlı kitabı əsasında film çəkiləcək.

Kanal24-ün Türkiyənin "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, keçmiş birinci xanımın yaxın rəfiqəsi, aktrisa-prodüser Səidə Cavad ötən il Fransada ən çox satılan əsəri ekranlaşdıracaq.

S.Cavad filmin Fransa və beynəlxalq şirkətlərlə müştərək çəkiləcəyini bildirib.

Qeyd edək ki, 12 dilə tərcüme olunan və 2014-cü ildə 650 mindən çox nüsxəsi satılan kitab cütlüyün münasibətlərindən bəhs edir.


06:44 07.01.2015