isaznow.com
Az Iw En Ru

General-mayor Həsən Şirinov vəzifəsindən uzaqlaşdırılıbmı?

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) polis general-mayoru Həsən Şirinovun vəzifəsindən uzaqlaşdırılması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

BŞBPİ-nin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, son günlər internet və çap mediada Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Həsən Şirinovun vəzifəsindən uzaqlaşdırılması ilə bağlı əsassız xəbərlər yayılır.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidməti rəsmən bildirir ki, bu xəbərlər həqiqətə uyğun deyil. “Polis general-mayoru Həsən Şirinov hal-hazırda Baş İdarənin rəis müavini vəzifəsindədir və xidmətini davam etdirir”.


19:03 07.01.2015