isaznow.com
Az Iw En Ru

Bakı Ali Neft Məktəbində görüş

Fransanın “Total” şirkətinin Azərbaycan üzrə yeni təyin olunmuş İcraçı direktoru və Azərbaycan üzrə təmsilçisi Denis Lemarşal Bakı Ali Neft Məktəbində olub. 

 

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Kanal24.az-a daxil olan məlumata görə, BANM-in rektoru Elmar Qasımov qonağı salamlayaraq, rəhbərlik etdiyi ali təhsil ocağı haqda məlumat verib. O, Ali Məktəbin yaranma tarixindən danışaraq, BANM-in prezident İlham Əliyevin sərəncamı ilə 2011-ci ildə yaradıldığını bildirib. Elmar Qasımov deyib ki, bu il Ali Məktəbə qəbul olan abituriyentlərdən 17 nəfəri Prezident təqaüdçüsü adını qazanıblar. “Total” şirkətinin Bakı Ali Neft Məktəbinin ilk əməkdaşlıq etdiyi şirkətlərdən birincisi olduğunu deyib. Öz növbəsində, “Total” şirkətinin Azərbaycan üzrə İcraçı direktoru və təmsilçisi Denis Lemarşal BANM-də olmasından məmnunluq ifadə edib. O. Fransa ilə Azərbaycan arasında əlaqələrdən söz açıb və bu ikitərəfli əlaqələrin əsasının Heydər Əliyev tərəfindən qoyulduğunu və prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirildiyini deyib.

Xatırladaq ki, BANM və Fransanın “Total” şirkəti arasında 10 aprel 2013-cü ildə Əməkdaşlıq Protokolu imzalanıb. Sənəddə BANM və Fransanın neft-qaz və kimya yönümlü ali təhsil müəssisələri arasında əməkdaşlığın qurulması, Fransada doktorantura təhsilinin təşkili, tələbələrin bir qisminin “Total” şirkətinin baş ofisində təcrübə keçmələrinin təmin edilməsi , “Professionallar Assosiasiyası”nın üzvlərinin Bakı Ali Neft Məktəbinin tələbələri üçün mühazirələr oxumasının təmin olunması və BANM-in tələbələrinin Fransanın elm və tədris müəssisələrinin kitabxana-informasiya resurslarından istifadə etməsi nəzərdə tutulur.

 


18:36 07.01.2015