isaznow.com
Az Iw En Ru

Parisdə Məhəmməd peyğəmbərin karikaturalarını dərc edən satirik nəşrin ofisi atəşə tutulub: 11 ölü

Parisin 11-ci dairəsində yerləşən "Charlie Hebdo" satirik nəşrinin ofisi atəşə tutulub. Trend-in məlumatına görə, bu barədə RİA Novosti “Le Parisien” qəzetinə istinadən xəbər verir.

Naməlum şəxslər ofisin binasına avtomat silahlardan atəş açıblar.

“i-Télé” telekanalı həlak olanların olduğuna dair məlumat yayıb.

İlkin ehtimala görə, 11 nəfər ölüb.

Fransa Prezidenti Fransua Ollandın yaxın saatlarda hadisənin baş verdiyi əraziyə baş çəkəcəyi deyilir.

Yelisey sarayının məlumatına görə, tezliklə hökumətin təcili iclasının keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, bundan əvvəl “Charlie Hebdo” jurnalı Məhəmməd peyğəmbərin karikaturalarını dərc etmişdi.


23:49 07.01.2015