isaznow.com
Az Iw En Ru

"McDonald's" yeməyinin içindən diş çıxdı

Yaponiyada "McDonald's" restoranlarının birində yeməyin içindən insan dişi, plastik qırıntılar və müxtəlif əşyalar çıxıb.

Türkiyənin "Milliyyət" qəzetinin verdiyi məlumata görə, Tokioda "McDonald's" yeməyini yeyən uşaq bir müddət sonra damağının ağrıdığını hiss edib. Uşaq yeməyin içinə baxdıqdan sonra plastik qırıntılar və insan dişi aşkarlayıb.

Restoran şikayət edən müşrtəridən üzr istəyib. Hadisə ilə bağlı araşdırmaya başlanılıb.


02:36 09.01.2015