

Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyasının (IFFHS) versiyasına görə "Bavariya" klubunun çərçivə qoruyucusu Manuel Noyer dünyanın ən yaxşı qapıçısıdır.
Kanal24-ün xarici KİV-ə istinadən verdiyi məlumata görə, M.Noyer ötən il qazandığı bu titulu qoruyub. Almaniyalı qapıçı Tibo Kurtua və Keylor Navas kimi oyunçuları geridə qoyub.
Səsvermədə 70 ölkənin jurnalisti iştirak edib.