

Türkiyə Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Liviyanı tez bir zamanda tərk etmələri barədə xəbərdarlıq edib.
Kanal24.az-ın "Zaman" qəzetinə istinadən verdiyi məlumata görə, buna səbəb kimi Liviyada son vaxtlar baş verən toqquşmalar və hava hücumları göstərilir.
Nazirlik Liviyada yaranmış qeyri-sabit vəziyyəti nəzərə alaraq Türkiyə vətəndaşlarına Liviyanı tərk etməyi və məcburiyyət yaranmadığı təqdirdə bu ölkəyə səyahətdən çəkinməyi tövsiyə edib.