isaznow.com
Az Iw En Ru

Millimiz koreyalılara da məğlub oldu

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə iştirak edən 1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununu keçirib.

Futbolçularımız ikinci qrup mərhələsinin H qrupunda Koreya Respublikası yığması ilə qarşılaşıblar.

Peterburqski İdman-Konsert Kompleksində keçirilən oyun koreyalıların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, bundan əvvəl millimiz Sankt-Peterburq komandasına 2:4 hesabı ilə məğlub olub.


04:34 09.01.2015