isaznow.com
Az Iw En Ru

Kadırov Xodorkovskini şəxsi düşməni elan etdi

Çeçenistan Prezidenti Ramzan Kadırov YUKOS neft şirkətinin keçmiş rəhbəri Mixail Xodorkovskini müsəlmanların və özünün şəxsi düşməni elan edib.

Trend-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, buna səbəb M.Xodorkovskinin "Charlie Hebdo" nəşrinə dəstək olaraq jurnalistləri qalamaqallı karikaturları dərc etməyə çağırması olub.

R.Kadırovun sözlərinə görə, biznesmen hərəkətləri ilə "özünü çarmıxa çəkdi": "Xodorkovskinin yaşadığı İsveçrədə "minlərlə qanunsevər vətəndaş" onu məsuliyyətə cəlb etməyi tələb edəcək. Görünən odur ki, bu tələb kobud və həssas olacaq".


05:25 09.01.2015