isaznow.com
Az Iw En Ru

Türkiyədə Ərdoğan adına körpü olacaq

Adıyaman vilayətinin Kahta rayonu ilə Şanlıurfa vilayətinin Siverek rayonunu bir-birinə bağlayacaq yeni inşa edilən Türkiyənin üçüncü böyük asma körpüsünə ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın adı veriləcək.

Bu sözləri Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Lütfi Əlvan jurnalistlərə müsahibəsində deyib. Nazirin sözlərinə görə, körpünün keçdiyi ərazidə yaşayan insanlar ona Türkiyə Respublikasının prezidentinin adının verilməsini istəyirlər. L.Elvan deyib ki, vətəndaşların istəyini Türkiyə Prezidentinə çatdıracağam. Əgər onun razılığı olarsa, o zaman körpüyə “Rəcəb Tayyib Ərdoğan” adı verilə bilər.



07:58 09.01.2015