isaznow.com
Az Iw En Ru

Təhsil Nazirliyi: Şaxtalı və qarlı hava şəraiti Bakı məktəblərində davamiyyətə təsir edib

Bakıda yolların buz bağlaması, avtomobillərin hərəkətində problem yaranması orta məktəblərdə davamiyyətin aşağı düşməsinə səbəb olub. Bu barədə Trend-ə Təhsil Nazirliyinin KİV və QHT-lərlə iş sektorunun müdiri Cəsarət Valehov deyib.

C.Valehov qeyd edib ki, lakin Bakı məktəbləri fəaliyyətini dayandırmayıb.

Dağlıq rayonlara gəlincə, nazirlik rəsmisi bildirib ki, hazırda bu rayonlarda vəziyyətin necə olması araşdırılır: “Yaxın saatlarda ictimaiyyətə ətraflı məlumat veriləcək”.


19:00 09.01.2015