

Azərbaycanda hökm sürən kəskin hava şəraiti Heydər Əliyev Beynəlxalq Hava Limanının işinə təsir etməyib. Bu barədə Kanal24-ə aeroportdan bildiriblər.
Bildiriblər ki, təyyarələrin qəbulu və yola salınması cədvələ uyğun həyata keçirilir, təxirə salınmış reys yoxdur: "Adi günlərdə də baş verə bilən kiçik ləngimələri nəzərə alımasaq, vəziyyət normaldır".