isaznow.com
Az Iw En Ru

MSK-ya daxil olmuş müraciətlərə baxıldı

Bu gün Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

MSK-dan Kanal24-ə verilən məlumata görə, əvvəlcə Komissiyanın 3 yanvar və 5 yanvar 2015-ci il tarixlərində keçirilmiş iclaslarının protokolları təsdiq edilib.

Sonra 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Komissiya üzvləri tərəfindən aparılan müzakirələrdən sonra müraciətlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

İclasda cari məsələlərə də baxılıb.


04:14 10.01.2015