isaznow.com
Az Iw En Ru

UEFA 11-liyi açıqladı

UEFA 2014-cü ilin ən yaxşı 11 futbolçusunun seçilməsi üzrə səsvermənin nəticələrini açıqlayıb.

Xarici KİV-ə istinadən verdiyi məlumata əsasən, UEFA seçim etmək üçün 14 klub və 19 ölkədən 40 futbolçudan ibarət siyahı təqdim etmişdi.

Ən yaxşı futbolçuların 4-ü "Bavariya", 3-ü isə Madrid "Real"ının üzvüdür.

11-lik aşağıdakı kimidir: qapıçı - Manuel Noyer; müdafiəçilər - Serxio Ramos, Filip Lam, Diyeqo Qodin, David Alaba; yarımmüdafiçilər - Aryen Robben, Toni Kros, Di Mariya; hücumçular Lionel Messi, Zlatan İbrahimoviç, Kriştiano Ronaldo.


04:16 10.01.2015